«Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunda dəyişiklik olundu
15.07.2015 962 0.0 0
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: 

Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 649; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1053; 2008, № 6, maddə 455; 2012, № 11, maddə 1067) 5-ci maddəsinin I hissəsinin ikinci cümləsində “gün” sözü “iş günü” sözləri ilə, üçüncü cümləsində “gündən” sözü “iş günündən” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

 

Qazeta.info bildirir ki, ölkə başçısının məlum dəyişikliyi təstiq edənə  qədər sözügedən qanun aşağıdakı ardıcıllıqda əks olunurdu;

 

Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
II fəsil. Toplantılar təşkil edilməsi qaydaları

Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq 
I. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.
II. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır:
1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması;
2) toplantının ümumi məqsədi;
3) toplantının keçirilmə yeri və vaxtı;
4) iştirakçıların təxmini sayı;
5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);
6) toplantı təşkilatçılarının adı, soyadı, atasının adı və ünvanı;
7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;
8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.
Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar