Şəmkirdə fermada yanğın olub, çoban yanaraq ölüb
26.04.2017 762 0.0 0

Şəmkir rayonunda fermada yanğın olub, çoban yanaraq ölüb.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, hadisə  aprelin 25-nə keçən gecə rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Nəticədə 12 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar