Səməd Seyidov AŞPA-nı tənqid edib
28.01.2022 850 0.0 0

“AŞPA artıq həll olunmuş münaqişədən danışmaqla real vəziyyətləri düzgün qiymətləndirmədiyini bir daha göstərir”.

Bildirək ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

"Demək olar ki, Assambleya üzvlərinin əksəriyyəti bu məsələni artıq sessiyada qaldırıblar. Biz hadisələrin bugünkü real vəziyyətindən danışmalıyıq. AŞPA-da hələ də Qarabağ münaqişəsindən danışılır. Halbuki münaqişə həll olunub. Artıq belə bir münaqişə mövcud deyil. Olmayan münaqişəni qətnaməyə daxil etməklə Assambleya reallıqdan çox uzaq olduğunu nümayiş etdirir”, - o deyib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar