Səməd Seyidov: `Ukraynalı deputatlar əleyhimizə səs verməklə, Ukraynanın əleyhinə səs vermiş oldular`
20.10.2017 911 0.0 0

Milli Məclisdə Ukraynadan olan deputatların Avropa ŞurasıParlament Assambleyasında Azərbaycan əleyhinə səs verməsi məsələsi müzakirə olunub.

 

Məlumatına görə, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışı zamanı bildirib ki, ukraynalı deputatların hərəkəti təəssüf doğurur.

 

“Burada daha çox diqqət çəkən məqam Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsidir. Bilirsiniz ki, Azərbaycan-Ukrayna münasibətləri prezident Pyotr Poroşenkonun Bakıya səfərindən sonra yüksələn xətt üzrə inkişaf edir. Bu gün o deputatlar Azərbaycan əleyhinə səs verməklə, elə Ukraynanın öz əleyhinə səs verdilər. Orada “Pyotr Poroşenkonun Bloku”ndan olan deputatlar səsvermədə iştirak etmədilər, digər deputatlar əleyhimizə səs verdilər. Buna təəssüf edirəm”, - deyə S. Seyidov qeyd edib.

 

Spiker Oqtay Əsədov S. Seyidova Ukrayna ilə bağlı fikirlərinə şərik olduğunu bildirib: “Maraqlıdır ki, Poroşenkonun tərəfdarı olan deputatlar ümumiyyətlə bitərəf qaldılar, səsvermədə iştirak etmədilər”.

 

Ukrayna ilə parlamentlərarası İşçi Qrupunun rəhbəri Rüfət Quliyev isə bildirib ki, qrupun Ukraynadan olan rəhbəri Maksim Kuryaçiy ilə danışıb: “O mənə söz verdi ki, gələn həftə işçi qrupunun üzvləri bununla bağlı bəyanat verəcəklər. Hansı formada verəcəklər, ona baxacağıq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar