Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək
23.10.2017 707 0.0 0

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun adı Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək şahmat turniri iştirakçılarının ilkin siyahısına daxil edilib.

Məlumata görə, turnir 12-28 yanvar tarixlərində təşkil olunacaq.

İştirakçılar arasında həmçinin Rusiya şahmatçıları Sergey Karyakin və Vladimir Kramnik, amerikalı qrossmeysterlər Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), Vişvanatan Anand, Başkaran Adhiban (hər ikisi Hindistan), Aniş Qiri (Niderland), Vey İ və Hou İfan (hər ikisi Çin) və Haveyn Consun (İngiltərə) da adı var./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar