Səhiyyə Nazirliyi saxta mesajla bağlı əhaliyə xəbərdarlıq etdi- FOTO
24.11.2021 300 0.0 0

Səhiyyə Nazirliyi vətəndaşları ehtiyatlı olmağa çağırır

Qazeta.info Səhiyyə Nazirliyinin məlumatına əsasən bildirir ki, son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.

Mesaj göndərən şəxs Səhiyyə Nazirliyi depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir.

Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş olunur ki, tanımadıqları şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.

Eyni zamanda, bilidiririk ki, artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar