Səhiyyə Nazirliyi bu il qidadan zəhərlənənlərin sayını açıqlayıb
21.10.2016 436 0.0 0

Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi faktı qeydə alınıb.

 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib ki, qida zəhərlənməsi nəticəsində 81 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda - 2 zəhərlənmə qeydə alınıb.

 

İ. Abdullayev qeyd edib ki, bu ilin 9 ayında Azərbaycanda qeydə alınan 520 qida zəhərlənməsi nəticəsində 773 nəfər zərər çəkib. Yanvar-sentyabr aylarında 29 botulizm hadisəsi nəticəsində 34 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsində 1 ölüm baş verib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar