Səhiyyə Nazirliyi 5 saylı Xəstəxanada baş verən ölümün ilkin səbəbini açıqlayıb
13.01.2017 845 0.0 0

Səhiyyə Nazirliyi 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat zamanı baş verən ölüm hadisəsi ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, yanvarın 12-də 31 yaşlı Vüsalə Məmmədova 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat vaxtı dünyasını dəyişib. Onun sözlərinə görə, ölümə ilkin səbəb olaraq tromboemboliya göstərilir: “Hazırda ölümün səbəbləri araşdırılır. Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır və xəstənin nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspert müayinəsindən keçirilir. Ölümün səbəbləri ekspert rəyindən və prokurorluğun araşdırmasından sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar