Şəhid leytenantla bağlı ürəkağrıdan məqam
28.03.2016 737 0.0 0

Erməni təxribatının qarşısını alan zaman şəhid olan hərbçi dəfn edildi. Məlumata görə, Azərbaycan-Ermənistan  dövlət sərhədində düşmənlə baş verən döyüş toqquşmasında həlak olan Silahlı Qüvvələrimizin zabiti Qalib Zülfüqarlının cənazəsi bu gün Lənkəranda ailəsinə təhvil verilib. Şəhid zabit doğulduğu Vilvan kəndində torpağa tapşırılıb.

 

        

 
Hərbi akademiyanın məzunu olan 24 yaşlı Qalib Zülfüqarlı Qazax  rayonunda xidməti vəzifəsini  yerinə yetirərkən düşmən tərəfdən mövqelərimizə açılan atəş nəticəsində həyatını itirib. Şəhid zabitin dəfn mərasimində  doğmaları ilə yanaşı rayon  rəsmiləri, kənd ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib. Vətən uğrunda canından keçən şəhid  zabit yaylım atəşi  ilə torpağa tapşırılıb.

 

                 

Şəhid zabit dəfn edildikdən sonra Azərbaycan bayrağı əmanət kimi  atasına təqdim edilib. Yaxınlarının verdiyi məlumata görə, Zülfüqarlılar ailəsinin ilk övladı olan Qalib yaxın günlərdə evə dönməli, aprel ayında toyu olmalı  imiş. Qalibin atası Laim kişi ehtiyatda olan  hərbi qulluqçudur./anspress/

 

            

Şəhid zabit Qalib Zülfüqarlının dəfn mərasimi (28.03.2016)


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar