Şəhid ailələrinin üzvləri üçün güzəştlər artırılır
17.12.2021 331 0.0 0

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Qərara dəyişiklik edilib.

Qazeta.info xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən,  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 30 sentyabr tarixli 381-VIQD nömrəli Qanununa uyğunlaşdırmanı təmin etmək məqsədilə hazırlanmışdır.

Həmin Qanunla edilmiş dəyişikliyə əsasən şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilmişdir.

Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsinə zərurət yaranmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar