Səhər saatlarından bu ərazilərdə qaz olmayacaq
20.05.2016 618 0.0 0

Bakı şəhərinin Sabunçu və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Məlumata görə, “Azəriqaz”ın yaydığı xəbərdə qeyd olunub ki, qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar “Azəriqaz” İB-nin təmir tikinti idarəsi tərəfindən yeni çəkilən qaz xəttinin mövcud xəttə qoşulması və qaz kəmərində aşkar olunan qaz sızmasının ləğvi məqsədilə mayın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti, H.Aslanov qəsəbəsi, K.Kərimov, Əhmədli yolu və Zığ yolu ətrafı ərazisisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq./qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar