Səfir: Azərbaycanla Rusiya yeni perspektivlər axtarmalıdır
01.11.2016 483 0.0 0

"Dünya iqtisadiyyatında dinamik proseslər yeni situasiyaya uyğunlaşmağı tələb edir". Məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumda deyib.

 

"Dünyada neftin qiymətinin endiyi bir şəraitdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər axtarılmalıdır", - deyə səfir qeyd edib.
 

Diplomat bildirib ki, Azərbaycan-Rusiya regionlararası forumu gələcək əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyən etməyə kömək edəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar