Səfir: ABŞ Azərbaycanla biznes mühitinin yaxşılaşdırılması sahəsində əməkdaşlığa hazırdır
18.11.2016 798 0.0 0

“Amerika Birləşmiş Ştatları Azərbaycanla biznes mühitinin yaxşılaşdırılması sahəsində əməkdaşlığa hazırdır”.

Məlumata görə, bunu Bakıda keçirilən “Kiçik və orta sahibkarlığın inkişafı” adlı konfransda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. 

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən sahibkarlığın inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir. “ABŞ rəhbərliyi islahatların səmərəliliyi və davamlılığı üçün Azərbaycanla əməkdaşlığa hazırdır”, - deyə R. Sekuta qeyd edib.

Səfir əlavə edib ki, bu gün bir çoxları şəxsi biznesini qurmaq istəyir. Onun sözlərinə görə, istər kişilər, istərsə də qadınlar iqtisadiyyatın inkişafında böyük rol oynayır: “Bunun üçün böyük ideya, vahid komanda lazımdır. Bu ideyanın reallaşması üçün isə çalışıb yerli məhsul istehsal etmək və dünyanı dəyişmək lazımdır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar