Səddam Hüseyn lükə necə salınıb - Tarixi görüntü
21.09.2016 1546 0.0 0

İraqın sabiq lideri, asılaraq edam edilən diktator Səddam Hüseynin ölümü və son günləri haqqında yazılar həm dünya, həm də yerli mətbuatda yenidən artmaqdadır. Sığındığı yerdən çıxarılaraq sərasər 36 ay həbsxana həyatı yaşayan Səddamın son günləri və bu dönəmdəki yaşantıları dünya mətbuatının ən reytinqli mövzularından birinə çevrildi.

 

Məlumata görə, həyatı başdan–başa sirlərlə dolu olan, edama aparılanda belə qətiyyən qorxu keçirməyən, məhkəmə hakimləri ilə yüksək səs tonu ilə mübahisə edən İraq liderinin həbsxana həyatı da sirlərlə dolu olub. Yuxarıda sadalanan keyfiyyətləri ilə bərabər, onun həbsdə qaldığı müddətdə sanki uşaqlaşdığı və bəzi hərəkətlərinə bunun qabarıq ifadəsi əks olunub. Səddam Hüseynin son sirri isə onu həbsxanada ziyarət edən ABŞ-ın qadın generalından ərik və banan istəməsidir. Bu istək general qadın Ceyn Karpinski  başda olmaqla bütün həbsxana heyətini təəccübləndirmişdi. İstədikləri ilə təmin olunandan sonra keşikdə duran ABŞ əsgərlərini general qadına göstərək “sizin övladlar mənim də övladlarımdır”, - deyib.

 

Amma həbsxanada qaldığı müddətdə ABŞ əsgərlərinin ən çox bir hərəkəti barəsində tez-tez vəkilinə şikayət edib. Bu, onun hamıya məlum olan aşkarlanma hadisəsidir. Səddam iddia edirdi ki, ABŞ əsgərləri onu elə şəraitdə tapmayıblar. Sadəcə güc tətbiq edərək, müxtəlif vasitələrlə Səddamın özündən getməsinə şərait yaradıblar. Huşunu itirən diktatoru məlum videoda da görünən lükə salıblar. Sonra özünə gələn Səddamın lükdən çıxarılmasını kamera ilə çəkiblər./Moderator.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar