Əsəd postundan gedəcəyi tarixi açıqladı - İRANIN QOYDUĞU VAXT (VİDEO)
02.11.2016 698 0.0 0

Suriya prezidenti Bəşər Əsəd üçüncü prezidentlik müddətinin sonunadək - 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib.    
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu Bəşər Əsəd “New York Times” nəşrinə müsahibəsində bildirib.
 
Suriya prezidenti, həmçinin, qeyd edib ki,  hökumət qüvvələri münaqişədə qalib gəlməyincə ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.
 
“Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır”, - deyə Əsəd qeyd edib.  
 
Qeyd edək ki, Bəşər Əsəd ilk dəfə 2000-ci ildə 97,3% səs toplayaraq Suriya prezidenti seçilib. O, 2007-ci ildə ikinci (97,62%), 2014-cü ildə üçüncü dəfə (88,7% ) dövlət rəhbəri seçilib.
 
Suriyada prezidentlik müddəti 7 ildir. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar