Əsəd İrandan yardım istəyir (FOTO)
06.08.2015 574 0.0 0

Suriyanın xarici işlər naziri Valid əl-Müallem Tehrana səfərə gəlib.

Məlumata görə, məqsəd avqustun 5-də ABŞ hərbi qüvvələrinin Suriya ərazisini bombalaması olub.

Suriyanın XİN rəhbəri Valid əl-Müallem İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

H.Ruhani deyib ki, Suriyaya sülhün və sabitliyin qayıtması üçün siyasi baxımdan əlimizdə olan hər şeyi edəcəyik.

 


Valid əl-Müallem - Suriyanın XİN rəhbəri


İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian Suriyanın XİN rəhbəri ilə görüşdə deyib ki, sülh planı İran və Suriya hökumətləri ilə razılaşdırılandan sonra BMT-yə təqdim olunacaq.

Ümumiyyətlə, avqustun 4-dən başlayaraq Suriya, İran və Rusiya təmsilçiləri münaqişənin diplomatik həllini tapılması üçün görüşlər keçirirlər. İran və Rusiya Suriya Prezidenti Bəşər Əsəd rejiminin müttəfiqləri sayılırlar.

İran dəfələrlə xəbərdarlıq edib ki, Dəməşq hökumətinin iflası İŞİD və digər terrorçu qrupların yoluna yaşıl işıq yandırar.

İranın dövlət və hökumət nümayəndələri avqustun 5-də Suriya münaqişəsinin dinc yolla həlli üçün vasitəçilik təklif ediblər. Onlar hazırladıqları Suriya sülh planını tezliklə BMT-yə təqdim etmək fikrindədirlər.

 


Bəşər Əsəd - Suriya Prezidenti və Həsən Ruhani- İran Prezidenti

 

ABŞ hərbi qüvvələri avqustun 5-də Türkiyədəki İncirlik hərbi hava bazasından Suriyada İŞİD qruplaşmasına qarşı ilk hücumu həyata keçirib. Rəsmi Vaşinqtonun bu addımını Türkiyə dəstəkləyir, İran və Rusiya isə bu hücumu "qorxulu addım" kimi qiymətləndirir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar