Ryan: «Oğlan kimi döyüşürəm»
21.06.2015 752 0.0 0
İrlandiyalı Volş keçmiş qisasını almağa hazırlaşır

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki,  Bakı 2015 ilk Avropa Oyunlarında bugün baş tutmuş qadınlar arasında yüngül çəki dərəcəsində (60-64 kq ) qarşılaşmada, İsveçin tanınmış boks ulduzu Aqnes Aleksiusson,rəqibi italyan Valentina Albertinaya qarşı gözlənilməz məğlubiyyətindən olduqca əzab çəkib.

Çoxsaylı böyük titulların qalibi olmuş irlandiyalı Katie Teyloru kimi güclü boksçunu böyük çətinliklə məğlub etməyə qadir 19 yaşlı Aleksiusson, başa düşülməyən bir məyusluqla reaksiya verib. Belə ki, oyunun sonunda onun başını silkələməsi hakimlərin son qərarı barədə düşündüyündən və hər şeyi öncədən hiss etməsindən xəbər verir. O, hətta mediaya müsahibə verməkdən də imtina edib və döyüş başa çatdıqda sonra 30 dəqiqə ərzində göz yaşlarına hakim ola bilməyib.

Eyni çəki dərəcəsi üzrə boks yarışlarında, böyük britaniyalı Sendi Ryanın açıq qələbə əzmi ilə alman Sindi Roqqeyə yaxşıca dərs verməsi diqqətləri cəlb edib.

Öz çıxışları ilə hamını heyran edən dünya çempionatı üzrə gümüş medalçı Ryan, boks peşəsinə qardaşı Deyv Ryanla, həmçinin idman zalında döyüşlər apararaq və məşqlər edərək yiyələnib. Çoxlarının onu oğlana bənzətdiyini deyən britaniyalı boksçu, bunu tərif kimi qəbul etdiyini bildirib. O əlavə edib ki, oğlan kimi görünməkdən daha çox, onlar kimi döyüşür.

Birinci Avropa Oyunlarında iştirak edən irlandiyalı Mişela Volş qadınlar arasında bok yarışlarında müvəqqəti olaraq yarım-yüngül çəkidə döyüşür və Rusiyanı təmsil edən Yelena Savelevaya məğlub olması ilə bağlı bir şikayəti etmir. Çünki, Yelena 2012 London Olimpiya Oyunlarının qalibi olan ilk boksçu qadındır.

İdmançı Volş hal hazırda britaniyalı Nikola Adamsla revanş görüşü haqqnıda düşünür. Xatırladaq ki, bu, onun Nikola ilə ilk qarşılaşması olmayacaq. Belə ki, onlar Qlazqonun ev sahibliyi etdiyi 2014 Birləşmiş Krallıq Oyunlarının yüngülvarı (48-51kq) çəki dərəcəsində keçirilmiş yarışlarında da qarşılaşmışdılar və bu döyüş Volşun məğlubuyyəti ilə sona çatmışdı. Bu məğlubiyyəti yaddaşından silməyən Volş, Adamsı məğlub edəcəyini əminliklə bildirir.

Kişilər arasında boks üzrə, vətənində favorit olan və yüngülvari çəki dərəcəsində (52 kq) bir nömrəli boksçu Elvin Məmişzadə, İrlandiyanı təmsil edən Miles Kasi üzərində qələbə qazanıb. Oyunun sonunda boksçu Miles gözlənilməz hərəkət edib. Belə ki, o, həmyerlimiz Elvinin qolunu qaldıraraq gözlənilən qələbəni təsdiqləyib.

Azərbaycanın digər bir nömrəlı boksçusu Albert Səlimov, gürcüstanlı boksçusu Otar Eranosyan tərəfindən əvvəlcə üstələnib. Davam edən mübarizədə al qana boyansa da, bu yüngül çəki (60kq) dərəcəsində dörddəbir finala aparan möhtəşəm qələbə olub.

Eyni çəki dərəcəsində irlandiyalı Sean MakKomb vur-qaç taktikası ilə təsnifat cədvəlində dörd nömrəli boksçu italyan Donato Kosenza üzərində qələbə qazanaraq oyunu qalibiyyətlə bitirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar