Rusiyanın Xəzər hərbi donanması antiterror təlimlər keçirib
04.12.2017 761 0.0 0

Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimlər keçirib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.   

  

Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır. Təlimlər zamanı hücumunun qarşısı alınıb, şərti düşmən isə məhv edilib.   

 

 Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar