Rusiyanın Ukraynada itirdiyi təyyarə və helikopterlərinin sayı açıqlanıb
05.03.2022 270 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ukraynada 9 gün ərzində Rusiyanın vurulan təyyarə və helikopterlərinin sayı açıqlanıb.

UNİAN-a istinadən xəbər verilir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub.

Bildirilib ki, təkcə martın 4-də Rusiyaya məxsus 3 “Su-25” qırıcısı sıradan çıxarılıb.

Qeyd olunub ki, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən çox helikopter yerləşdirib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar