Rusiyanın Su-24 təyyarəsinin pilotunun ölümündə şübhəli bilinən şəxs 5 il həbs cəzası alıb
22.05.2017 970 0.0 0

Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib.

 

“RİA Novosti”yə istinadən verilən məlumata görə, müvafiq qərara səbəb A. Çelikin qeyri-qanuni silah saxlaması olub.

 

A. Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.

 

Xatırladaq ki, Su-24 Türkiyənin F-16 təyyarəsi tərəfindən vurulub. Ekipaj katapult edə bilsə də, silahlılar paraşütlə enən O. Peşkova atəş açıblar və nəticədə o ölüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar