Tarix: 10.12.2016,   Saat: 08:55, Şənbə.          

Rusiyanın «ölümcül radarı» Suriya səmasında

Son bir ayda içərisində nüvə raketləri olan üç Rus hərbi gəmisi İstanbul Boğazından keçərək Suriyaya gedib.

Rusiyanın istehsal etdiyi və "ölümcül radar" adlandırılan Ka-31CB tipli helikopterin ilk dəfə Suriyada göründüyü bildirilib. Qazeta.info Sputnik -ə istinadla xəbər verir ki, Suriyanın Lazkiye şəhərinin səmasında görünən Ka-31CB-ni Mi-35M və Mi-28H döyüş helikopterleri müşayiət edib. Təkmilləşdirilmiş radar sistemi ilə təchiz edilmiş Ka-31CB-də avtomatik idarə sistemi də mövcuddur. Ka-31-lər öz imkanları sayəsində fərqli hava şərtlərində səmadakı və qurudakı vəziyyətə nəzarət edə bilirlər. Ka-31CB helikopterlərindən Rusiyanın Hava-Kosmik Qüvvələri və Quru qoşunları istifadə edir. Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi Dəməşq rejiminin əsas müdafiəçisi olan Rusiya, son dövrlərdə vətəndaş müharibəsinin alovlandığı bu ölkəyə tamamilə yerləşmək qərarına gəlib. Aralıq dənizi hövzəsindəki Tartusda daimi hərbi bazasını quran rəsmi Moskva, ora S-300 raket sistemlərini də yerləşdirib. Son bir ayda içərisində nüvə raketləri olan üç rus hərbi gəmisi İstanbul boğazından keçərək Suriyaya gedib. Hazırda "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisinin bələdçilik etdiyi rus donanması Şimal dənizindən yola çıxıb və sözügedən bölgəyə tərəf hərəkət edir.

 



  Bölmə: Dünya | Baxış sayı: 387 | Tarix: 28.10.2016, 14:09


Xəbərlər