Rusiyanın müdafiə naziri Xəzər donanmasında döyüş hazırlığını yoxlayıb
05.06.2017 682 0.0 0

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Xəzər Hərbi Donanmasında hərbi hissə və birliklərin döyüş hazırlığının təşkilini yoxlamaq məqsədilə Həştərxana səfər edib.
RİA "Novosti”yə istinadən xəbər verilir ki, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi İqor Konoşenko bildirib.
Müdafiə naziri donanma komandanlığının hesabatını dinləyəcək, oradakı infrastruktur və qurğuların, raket gəmilərinin mühafizəsi ilə də tanış olacaq. /Report/


Digər xəbərlər:
Şərhlər
avatar