Rusiyanın müdafiə naziri Putinin göstərişi ilə Bəşər Əsədlə görüşüb
13.09.2017 813 0.0 0

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb.Məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

 

“Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə sentyabrın 12-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edərək, Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb”, - deyə məlumatda bildirilir.  

 

Görüş zamanı tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlığı və Suriyadakı vəziyyətin sabitləşdirilməsini müzakirə ediblər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar