Rusiyanın məhv olacağı tarix
26.02.2015 1196 0.0 0

Rusiya Federasiyasının 10 ildən sonra tamamilə dağılacağı proqnozlaşdırılır.

Məlumata görə, belə bir iddia ilə ABŞ-ın Stratfor şirkətinin analitikləri çıxış ediblər.

Onların fikrincə, dünyada gedən proseslər onu göstərir ki, Rusiya 2025-ci ildə dağılacaq.

Hazırlanan məruzədə bildirilir ki, Rusiyanın ləng iqtisadiyyatı ilə ömrü uzun olmayacaq.

"Rusiyanın əsas problemlərindən biri enerji resurslarının qiymətinin xarici ölkələrdən, daha çox ABŞ-dan asılı olmasıdır. Hazırda Rusiyanın durumu SSRİ-nin 1980-ci illərin, Rusiyanın isə 1990-cı illərin sonunda yaranmış vəziyyəti ilə eynidir. Belə ki, Rusiya iqtisadiyyatında yaranmış böhranın öhdəsindən gələ bilməyəcək və uaxın 10 ildə dağılacaq", - deyə analitiklər hesab edir.

Məruzədə o da qeyd olunur ki, KQB SSRİ-nin son illərində vəziyyətə nəzarət edə bilmədiyi kimi indi də FSB nəzarəti itirəcək: "Rusiya əvvəlcə Cənubi Qafqaza nəzarəti əldə verəcək, daha sonra isə muxtar respublikalar müstəqilliklərini elan edəcəklər"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar