Rusiyanın Çeçenistandakı qoşunlarının komandanı, keçmiş Baş Qərargah rəisi ölüb
07.01.2022 274 0.0 0

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Anatoliy Kvaşnin bu gün Moskvada vəfat edib.

Qazeta.info xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası Hərbi-Dəniz Qüvvələri Komandanlığından bildiriblər.

Ordu generalı Kvaşnin bu gün "Covid"dən öldüyü deyilib.

Məlumata görə, general Kvaşninin dəfninin vaxtı və yeri qohumları tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki,  General Kvaşnin 1994-cü ilin dekabrından 1995-ci ilin yanvarına qədər Çeçenistanda rus qoşunlarının komandanı,1997-2004-cü illərdə isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar