Rusiyanın 5 şəhərində BOMBA HƏYƏCANI - Binalar təxliyə edilib
13.09.2017 561 0.0 0

Rusiyanın Çita şəhərində Zabaykalye vilayət inzibati binasına bomba qoyulması barədə məlumat verilib.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq binada olan əməkdaşlar təxliyə edilib.

Bundan başqa, analoji zənglərlə əlaqədar Çitada bir neçə ticarət mərkəzi və vağzal binası təxliyə edilib.

Eyni hadisələrin Rusiyanın daha 4 şəhərində də qeydə alındığı bildirilib. Saratov şəhərində inzibati bina təhdid zəngi ilə əlaqədar boşaldılıb. Yakutskda şəhər administrasiya binasından və hava limanından insanlar təxliyə edilib. Permdə məktəb və gimnaziyalar, Yujno-Saxalinskdə vağzal və ticarət mərkəzlərinə bomba qoyulması barədə zənglər daxil olub.

Hazırda bu hadisələrlə bağlı araşdırmalar aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar