Rusiyalılar Qazaxıstandan çıxarılır
08.01.2022 300 0.0 0


Müdafiə Nazirliyinin hərbi nəqliyyat təyyarələri rusiyalıları Almatıdan çıxardacaq

Almatıda sərnişin uçuşlarının dayandırılması ilə əlaqədar rusiyalılar Rusiya Müdafiə Nazirliyinin hərbi nəqliyyat təyyarələrinin köməyi ilə Qazaxıstandan çıxarılacaq.

Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, bu barədə Rusiyanın Qazaxıstandakı səfirliyinin "Facebook" hesabında məlumat yayılıb.

Məlumatda , "2022-ci il yanvarın 9-da saat 17:00-dan 18:00-dək Rusiyanın Müdafiə Nazirliyinin hərbi nəqliyyat aviasiyasının uçuşları almatı - İvanovo və Almatı - Orenburq marşrutları boyunca bu şəhərin beynəlxalq hava limanından həyata keçiriləcək ki, bu da rusların öz vətənlərinə çatdırılması üçün həyata keçiriləcək"- deyə qeyd edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar