Rusiyadan Serjə sərt mesaj
20.02.2015 757 0.0 0

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyi ilə maraqlanacağı barədə etdiyi açıqlamaya bu gün rəsmi Moskvadan cavab gəlib.

Məlumata görə, Rusiyanın Xarici İşlər nazirliyinin sözcüsü Aleksandr Lukaşeviç jurnalistlərə açıqlamasında məhz bu məsələni təhlil edib. 

"Nazir Sergey Lavrovun da dediyi kimi, bu məsələ ikitərəfli şəkildə erməni həmkarlarımızla müzakirə olunacaq. Mən istərdim ki, sizin diqqətinizi ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərinə və Azərbaycan, Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətə yönəldim. Təmas xəttində vəziyyət həyəcanvericidir. Hadislərin bu cür davam etməsi münaqişənin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun iştirakçılarına cəhd etdiyi nöqtəyə yaxınlaşmağa imkan vermir", - deyə Lukaşeviç bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar