Rusiyadan daha bir super silah (VİDEO)
29.03.2015 785 0.0 0

Rusiyanın “ZİD” zavodu unikal hərbi robotun istehsalına başlayıb. 

Məlumata görə, bu mini robotlaşdırılmış tank 20 kilometr məsafədən idarə oluna bilir.

Robotu müxtəlif hərbi tapşırıqlarda istifadə etmək olar. Buna döyüş bölgəsinə tibbi və ya hərbi ləvazimat daşınmasından (700 kq daşıma gücü) kəşfiyyat və nəhayət, birbaşa hücum əməliyyatları kimi tapşırıqlar daxildir. Əlbəttə ki, robot vasitəsilə döyüş bölgəsindən yaralıları da daşımaq olar.

Robot hər bir cəhətdən özünü tam isbat etsə də mühəndislər bəzi hissələrin daha da təkmilləşdirilməsi üçün vaxt istəyirlər. Silahın orduda istifadəsinə 2016-cı ildə başlanması gözlənilir.

Qeyd edək ki, Rusiya və ABŞ dünya silah alverinin 60 faiz satışını təşkil edir. Bu il ABŞ silah satışında 2 faiz irəliləyiş əldə edibsə, Rusiya 5 faiz irəliləyiş əldə edərək əzəli rəqibinə yaxınlaşmağa başlayıb. Hazırda Rusiyanın dünya silah alverində payı 50 milyard dollar təşkil edir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar