Rusiyada soydaşımızın başına gələnlər hamını şoka salıb - Sizin evinizdə də var?
01.09.2015 1765 0.0 0

Lap qədimdən mistik qüvvələr var və insanları bu günə kimi də narahat edir. Sadəcə olaraq, bu insanların inancından da asılıdır. Bəzi insanlar mistik qüvvələrə qətiyyən inanmırlar. Lakin ekstrasenslər deyirlər ki, ruhlar var və evdə də narahatçılıq yarada bilərlər.

Deməli, bir neçə dəfədir ki, bizə Rusiyanın Ulyanovski vilayətindən azərbaycanlı, 40-45 yaşlı kişi müraciət edir, başına belə bir əhvalatın gəldiyini söyləyir. Adam təzə evə köçüb (kirayə qalır). Hər axşam işdən yorğun gəlib hamam otağında palatarını yuyur, sıxıb qırağa qoyur. Gəlib görür ki, teşt yenidən su ilə doldurulub, paltar içinə atılıb. "Bəlkə özüm etmişəm, məni qara basır" deyə düşünür və bu hadisəyə önəm vermir. Dəfələrlə bu hal baş verdiyindən, hansısa bir qüvvə tərəfindən idarə olunduğuna inanır.

Bizdə də bu cür hadisələr maraqla qarşılandığından ezoterik Aqil Məhərrəmova müraciət etdik.

Onun izahı isə belə oldu:

"Ola bilər ki, həmin evdə yaşayan adam rəhmətə gedib. O qüvvə də rəhmətə gedən adamın ruhudur. İstəmir özündən sonra yad adam orda yaşasın. Yaxud da ola bilər ki, ev qoruyucusu olsun. Ruslar ona "domovoy" deyirlər. Həmin kişinin orda yaşamasını istəmir, yaxud adam evin əşyalarının yerini dəyişib. Lazımdır ki, əşyaları yerinə qaytarsın və "domovoy"un dilini tapsın. Yoxsa daim orda narahatçılıq baş verəcək. Hansısa bir dördkünc şirin qidanı, (qənd və ya başqa şirni ola bilər) evdən çıxanda içəri tərəfdən qapının ağzına qoymalıdır, ya da ən hündür bir yerə - şkafın başına, soyuducunun üstünə axşam qoyub, səhər götürməlidir. "Domovoy" həmin şirin qidanın enerjisi ilə qidalanıb evdə yaşayan adamla mehribanlaşacaq, bir müddətdən sonra dostlaşacaq və evdə narahatçılıq yaratmayacaq. Yox, narahatçılığı yaradan ruhdursa, bir molla çağırıb həmin ruha yasin oxutdurmalıdır. Ancaq bu hal Russiyada yaşandığı üçün kilsəyə gedib 45 yaşını keçmiş "batyuşka" çağırıb otağın hər dörd küncünə kilsə suyu səpməli və hər küncdə kilsə şamları yandırıb “oçernaş” duasını 3 dəfə oxumalıdır"./atv.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar