Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
19.03.2016 497 0.0 0

TASS agentliyinin yaydığı xəbərə görə, “Boeing-738” təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb.

Dəqiqləşdirilmiş məlumata əsasən, Rostov-na-Donu şəhərində qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.
 
TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Rostov vilayəti fövqəladə xidmət orqanlarında bildiriblər.
 
Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud  pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar