Rusiyada qətl törətmiş kriminal avtoritet Azərbaycana təhvil verilib
23.09.2016 690 0.0 0

Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədov Azərbaycana təhvil verilib. 

 

Məlumata görə, E. Məmmədovun cinayət işi üzrə Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə dair məhkəmə prosesi başlayıb. Növbəti proses sentyabrın 30-da keçiriləcək.

 


Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar