Rusiyada prezident seçkilərində daha bir qadın namizədliyini irəli sürüb
05.12.2017 775 0.0 0

Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün daha bir qadın namizədliyini irəli sürüb.

Məlumata görə, Novosibirskdə keçirilən mətbuat konfransında rusiyalı iş adamı Larisa Renar (Boqdanova) prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Onun sözlərinə görə, namizədliyinin qeydə alınması üçün bu ayın sonunda imza kampaniyası başlayacaq.

Daha əvvəl Rusiyada prezidentliyə namizədliklərini daha dörd qadın – Elvira Aqurbaş, Kseniya Sobçak, Yekaterina Qordon və İrina Volınets irəli sürmüşdü.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martın 18-də keçiriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar