Rusiyada İES-də güclü yanğın olub - VİDEO
30.04.2022 432 0.0 0

Rusiyada Saxalin İstilik Elektrik Stansiyasında yanğın baş verib.

Bildirək ki, bu barədə RİA Novoosti məlumat yayıb.

Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, xilasedicilər turbinlərdən birində dam örtüyünə yayılan yanğınla mübarizə aparır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı özbaşına tərk etdiyini bildirib.

“Saxalinenerqo” şirkəti yanğına turbogeneratorlardan birinin dayanmasının səbəb olduğunu açıqlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar