Rusiyada helikopter qəzasında 3 nəfər ölüb
24.10.2016 538 0.0 0

Rusiyanın Zabaykalye vilayətində “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan 3 nəfər həlak olub.

 

"RİA Novosti"yə istinadən verilən xəbərə görə, bunu region quberniyasının mətbuat xidmətinin rəhbəri Lyudmila Mirkutova deyib. Xilasetmə əməliyyatları üçün qəza baş verən əraziyə Fövqaladə Hallar Nazirliyi tərəfindən 3 helikopter , 154 xilasedici və 29 ədəd texnika cəlb olunub.

 

Qeyd edək ki, helikopter oktyabrın 22-də axşam saatlarında havaya qalxıb. Helikopterdə pilot və 2 sərnişin olub. Sərnişinlərin Çita vilayətindəki “Darxan” şirkətinin rəhbəri və baş mühəndisi olduğu müəyyənləşib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar