Rusiyada əhalinin 89 faizi Putini dəstəkləyir
24.06.2015 612 0.0 0

“Levada" Sorğu Mərkəzi iyunun 19-22-də Rusiyanın 46 regionunda keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb.

Məlumata görə, nəticələr göstərib ki, Rusiyada ən yüksək reytinqə Prezident Vladimir Putindir. Onun reytinqi 89 faizə çatıb.

Yeni sorğuda ikinci sırada müdafiə naziri Sergey Şayqu, üçüncü yeri isə baş nazir Dimitri Medvedyev ilə xarici işlər naziri Sergey Lavrov bölüşürlər.

Sosioloqlar V.Putinin hakimiyyəti dövründə bunun rekord göstərici olduğunu deyiblər.

Ümumiyyətlə, bu ilin fevralında Putinin reytinqi 86 faiz idi. Həmin vaxt rəyi soruşulanların 13 faizi Putinin işindən razı deyildi.
İndi sakinlərin yalnız 10 faizi Rusiya dövlət başçısının işindən narazıdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar