Rusiyada hərbi poliqonda partlayış olub, zabit və əsgər ölüb, xeyli hərbçi yaralanıb
10.11.2017 811 0.0 0

Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb.

 

Məlumata görə, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

 

Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb.

 

Hadisə hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı baş verib. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib.

 

Onların həyatı üçün təhlükə yoxdur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar