Rusiyada daha bir ticarət mərkəzində yanğın baş verib, 1 nəfər ölüb- VİDEO
04.04.2018 902 0.0 0

Rusiyada daha bir ticarət mərkəzində yanğın baş verib.

 

"RİA Novosti"yə istinadən verilən məlumata görə, yanğın Moskvanın şərqində “Persey” ticarət mərkəzində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəhbəri İlya Denisov deyib ki, hadisə nəticəsində mərkəzin bir əməkdaşı ölüb. Onun sözlərinə görə, daha 3 xilasedici xəsarət alıb. Hadisə mərkəzin anbarında başlayıb. 100-dən çox şəxsin təxliyə olunduğu bildirilir.

 

Yanğın 80 kvadrat metr ərzini əhatə edib. Yanğının qarşısı tamamilə alınıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar