Rusiyada azərbaycanlı dəyəri 1 mln rubl olan qızıl-zinət əşyaları ilə saxlanılıb
05.11.2016 903 0.0 0

Rusiyanın hüquq-mühafizə orqanları Yakutiyanın Nerünqri şəhəri ərazisində xüsusi əməliyyat həyata keçirib.

 

Rusiya mətbuatına istinadən verilən xəbərə görə, əməliyyat çərçivəsində azərbaycanlıya məxsus "Mercedes Benz" markalı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildən dəyəri 1 mln. rubl, çəkisi isə 430 qram olan qızıl-zinət əşyası aşkarlanıb.

Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, həmyerlimiz qiymətli daşı qanunsuz olaraq Şimali Qafqaz regionuna aparmaq niyyətində idi.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar