Rusiya XİN: Ukraynadan təkliflərimizə hələ də cavab almamışıq
28.04.2022 526 0.0 0

Rusiya hələ də təkliflərinə Ukrayna tərəfindən cavab almayıb.

Bildirək ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynadan təklifləri ilə bağlı hələ də cavab almayıb: “Bu gün səhər brifinq hazırlanan ana qədər Rusiya tərəfi Ukraynadan cavab almayıb”.

Qeyd edək ki, rəsmi Moskva Ukrayna nizamlanması ilə bağlı təkliflərini Rusiya-Ukrayna danışıqlarında iştirak edən Kiyevin nümayəndələrinə verdiyi açıqlayıb. Lakin Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfinin təkliflərindən xəbərsiz olduğunu bildirib. Rusiya XİN başçısı Sergey Lavrov Zelenskinin bu açıqlamasından sonra Kiyevi danışıqlarda maraqlı olmamaqda ittiham edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar