Rusiya XİN: Suriyanın güc tətbiqi ilə hədələnməsi BMT Nizamnaməsinin kobud pozulmasıdır
12.04.2018 5101 0.0 0

"ABŞ və Fransa tərəfindən Suriyaya qarşı güc tətbiqi ilə bağlı təhdid BMTNizamnaməsinin kobud şəkildə pozulması deməkdir".

 

Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında bildirib.
 
"Ən yüksək səviyyədə ABŞ və Fransa prezidentləri tərəfindən sərt təhdidlər səsləndi. Qeyd etmək istəyirəm ki, BMT üzvü olan ölkəyə qarşı güc tətbiqi ilə bağlı təhdidin özü bu təşkilatın Nizamnaməsinin kobud şəkildə pozulmasıdır", - deyə Rusiya XİN sözçüsü vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar