Rusiya XİN: Suriyadakı səfirliyimizin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görürük
06.10.2016 536 0.0 0

Moskva Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görür.

 

Qazeta.info APA-nın  verdiyi məlumata əsasən bildirir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. “Biz bu terror aktı ilə Vaşinqton tərəfindən bizim ünvanımıza səslənən hədələr arasında əlaqə görürük. Bunun terrorçulara zenit-raket kompleksləri və digər növ müasir döyüş texnikasının verilməsinin mümkünlüyü barədə müzakirələrin fonunda baş verməsi maraqlıdır, - deyə o, söyləyib.
  
M. Zaxarova bu gün Rusiya və Fransa xarici işlər nazirləri arasında görüş keçiriləcəyini açıqlayıb. Görüşdə Suriya məsələsi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar