Rusiya XİN rəhbəri ölkədə keçirilmiş etiraz aksiyalarına münasibət bildirib
27.03.2017 1078 0.0 0

“Rusiyada etiraz aksiyası keçirmək üçün edilən müraciətlə əlaqədar bələdiyyə orqanlarının qərarı onların səlahiyyətləri çərçivəsində qəbul olunub”.
 
“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib.
 
O, etiraz aksiyası zamanı həbslərə də münasibət bildirib: “ABŞ və Avropa ölkələrində qanun pozuntusu baş verərkən, o cümlədən etiraz aksiyası zamanı nümayişçilərin icazə verilməyən yerdə yığışması zamanı polisin onlarla necə rəftar etdiyini yaxşı xatırlayıram. Bu zaman dəyənəklərdən də, gözyaşardıcı qazdan da istifadə olunur. Bizim jurnalistlərimiz, o cümlədən ötən ilin payızında “Russian Today” kanalının çəkiliş qrupu ABŞ-da etiraz aksiyasını işıqlandırmaq istəyərkən bu halla üzləşiblər”./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar