Rusiya XİN İstanbul boğazında rus əsgərin silahlı durmasına belə açıqlam verdi
08.12.2015 924 0.0 0

Rusiya hökuməti İstanbul boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində silahlı əsgərin dayanması faktı ilə əlaqədar Türkiyənin etirazına cavab verib.
 
RBK-ya istinadən verilən məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Sezar Kunikov” böyük desant gəmisinin göyərtəsində bir əsgərin əlində daşınan zenit-raket kompleksi tutması Türkiyə boğazlarının hüquqi rejimini tənzimləyən Montrö konvensiyasına zidd deyil: “Gəminin mühafizəsi istənilən ekipajın qanuni haqqıdır”. 
 
M. Zaxarova Türkiyənin bu faktı provokasiya və təhlükə saymasından təəccübləndiklərini söyləyib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar