Rusiya XİN: İŞİD vəsaitlərini Avropa ölkələrinə köçürür
13.09.2017 720 0.0 0

Məğlubiyyətə uğradığını güman edən İŞİD terror qruplaşması nəzarət etdiyi  ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb.  “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya XİN-in yeni çağırış və təhlükələr departamentinin direktor müavini Dmitri Feoktistov bildirib.   

 

Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən  maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki qeydə alınır.

 

“Aydındır ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək”, - deyə  Dmitri Feoktistov bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar