Rusiya XİN: İŞİD-i Əfqanıstan yox, Mərkəzi Asiya maraqlandırır
30.09.2016 673 0.0 0

"İŞİD-i Əfqanıstan maraqlandırmır. Bu terrorçu qruplaşma Mərkəzi Asiyaya sızmağa çalışır".
 
Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.
 
"Bəli, İŞİD Əfqanıstana da sızmağa cəhd edir. Lakin orada ayrı spesifika mövcuddur. İŞİD Əfqanıstana gələrək bəyan edir ki, onlara Əfqanıstan faktiki maraqlı deyil. Onların marağı Mərkəzi Asiyaya yönəlib. Niyə? Ona görə ki, İŞİD döyüşçülərinin 50-60 faizi Mərkəzi Asiya ölkələrinin vətəndaşları və Şimali Qafqaz respublikalarından olan şəxslərdir. Lakin hazırda onların lazımi qədər potensialı yoxdur", - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib. 
 
O. Sıromolotov bildirib ki, Əfqanıstanda İŞİD və “Taliban” arasında ziddiyyətlər var. “Həm İŞİD, həm də “Taliban” terrorçu qruplaşmalardır. Lakin taliblər öz torpaqlarında yaşayırlar. İŞİD isə ora kənardan gəlib. Onlara resurslar, maliyyə vəsaiti əldə etmək lazımdır. Ona görə də hazırda taliblərin idarə etdiyi narkotrafik kanalı uğrunda mübarizə gedir".
 
Rusiyalı diplomat onu da qeyd edib ki, əvvəllər İŞİD öz sıralarına talibləri cəlb edə bilib: "Lakin maliyyə axını azalandan sonra onun cəlbediciliyi azalıb"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar