Rusiya XİN Davudoğlunun Rusiyanın İŞİD-ə gizli dəstəyi barədə bəyanatına münasibət bildirib
18.02.2016 515 0.0 0

“Türkiyənin baş naziri Əhməd Davudoğlunun Rusiyanın gizli olaraq İŞİD-i dəstləkləməsi haqqında bəyanatı tamamilə qəbuledilməzdir”.
 
Məlumata görə, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. 

M. Zaxarova Türkiyə rəhbərliyinin Rusiya əleyhinə səsləndirdikləri bəyanatların hamısının yalan olduğunu söyləyib. O, Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyanın Hələb və İdlib əyalətlərindəki “Sərhədsiz Həkimlər” təşkilatının xəstəxanasına aviazərbə endirməsi ilə bağlı bəyanatlara da münasibət bildirib: “Bu bəyanatlar spekulyasiyadır və heç bir təsdiqi yoxdur”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar