Rusiya xarici borcu üzrə defolt elan edib - S&P
11.04.2022 417 0.0 0

Rusiya istiqraz sahiblərinə dollar ödənişləri əvəzinə rubl ödənişləri təklif edərək xarici borcu üzrə faktiki olaraq defolt elan edib.

"CNN Business"ə istinadən xəbər verilir ki, bu barədə "Standard & Poor's" reytinq agentliyi xəbər yayıb.

Agentliyin məlumatına əsasən, Rusiya aprelin 4-də ödəniləcək dollarlıq iki istiqraz üzrə ödənişi rublla etməyə çalışıb, bu isə "seçilmiş defolt"a bərabərdir.

 

 

Agentlik bildirir ki, seçilmiş defolt bütün borc üzrə deyil, konkret öhdəliklərin yerinə yetirilməməsinə görə elan edilir.

Qeyd edilir ki, Moskvanın kapital və faizlərin ödənilməsi üçün aprelin 4-dən 30 günlük güzəşt müddəti var. Lakin "Standard & Poor's" Qərbin Rusiyaya qarşı sanksiyalarını nəzərə alaraq dollara konvertasiyanı gözləmir./Trend /


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar