Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş olub
17.09.2015 530 0.0 0

Soçi şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin müvəqqəti seçki hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu arasında görüş keçirilib.

Məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər, Suriya münaqişəsi başda olmaqla, regional və beynəlxalq problemlər müzakirə olunub. 
 
S. Lavrov bildirib ki, Türkiyə və Rusiyanın fərqli yanaşmaları olsa da, hər iki dövlət sabit və demokratik bir Yaxın və Orta Şərq görmək istəyir. O, Türkiyənin Rusiyanın beynəlxalq arenada önəmli bir tərəfdaşı olduğunu qeyd edib: "Regional və qlobal problemlərlə yanaşı, Qara dənizdə iqtisadi işbirliyini inkişaf etdirmək üçün də çalışırıq. Suriya, Yaxın Şərq və Şimali Afrika daxil olmaqla, beynəlxalq problemlərlə bağlı müzakirələr aparırıq. Mövqelərimizdə fərqlilik olsa da, Yaxın Şərqdə ortaq hədəflərə sahibik. Biz bölgənin sabit və demokratik olmasını istəyirik. Bölgədə yaşayan hər bir etnik və dini qrup özünü təhlükəsiz hiss etməlidir".
 
Rusiya XİN rəhbəri ən yüksək səviyyədə dialoq üçün hazırlıqların getdiyini də söyləyib: "Prezidentlərimiz mütəmadi olaraq telefonla danışır. İndi biz Rusiya-Türkiyə Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının VI toplantısına hazırlaşırıq. Bu il toplantı ikitərəfli diplomatik əlaqələrimizin 95-ci ildönümü çərçivəsində baş tutacaq”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar