Rusiya və Türkiyənin baş nazirləri ikitərəfli münasibətləri müzakirə edəcəklər
16.11.2016 810 0.0 0

Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım dekabrın 6-da Moskvada ikitərəfli münasibətləri müzakirə edəcəklər.
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.  
 
“Hökumət başçıları Rusiya-Türkiyə münasibətlərinin əsas məsələlərini  - iqtisadi-ticarət,  sərmayə sahələrində əməkdaşlığı, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələri   müzakirə edəcəklər”, - deyə press-relizdə bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar